Ötən gün Ukraynada 588 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
MK bununla bağlı ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər yayır.
Bu rəqəmin ölkədə COVID-19 epidemiyasının başladığı gündən bəri rekord olduğu bildirilir.
Ümumilikdə, Ukraynada 25 411 koronavirusa yoluxma halı qeydə alınıb. 747 nəfər virusun qurbanı olub, 11 042 xəstə infeksiyadan müalicə edilib.
Koronavirus aşkar etmək üçün ölkədə 392 316 PCR testinin edildiyi də qeyd olunur.
DiasporPress.az