Uhanda koronavirus xəstəsi qalmayıb. Belə ki, COVID-19-a yoluxmuş son üç pasiyent xəstəxanadan evə buraxılıb.
Bu barədə 360 TV xəbər yayıb.
Mayın 14-dən etibarən hökumət sakinlərin COVID-19-la bağlı kütləvi skrininqinə başlayıb.
9,89 milyon testdən keçmiş şəxs arasında 300-ə yaxın simptomsuz daşıyıcı müəyyən edilib. Onlar Çinin koronavirusla bağlı statistikasına daxil edilməyib.
Siyahıya ancaq klinik əlamətləri olanlar daxil edilir.
DiasporPress.az