Uhan xəstəxanaları ətrafında yaranmış sıxlıq yeni şübhələr yaratdı

Uhan xəstəxanaları ətrafında yaranmış sıxlıq yeni şübhələr yaratdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uhan xəstəxanalarındakı nəqliyyat vasitələrinin hərəkətinin 2019-cu ilin payızında intensivləşdiyi ortaya çıxıb.

“ABCNews” xəbər verir ki, aparılan araşdırmalar nəticəsində xüsusi kommersiya peyklərindən Uhanda 5 əsas xəstəxananın ətrafında, 2019 payız fəslinin əvvəlindən etibarən nəqliyyat sıxlığı müşahidə edilib.

Bu, koronavirus epidemiyasının dünyada elan olunmasından çox əvvəl mövcud olduğunun göstəricisi ola bilər.

Uhandakı bu böyük xəstəxanaların xaricindəki dayanacaq yerləri və bölgədəki nəqliyyat sıxlığı əvvəlki illərlə müqayisə olunub.

Maraqlıdır ki, 10 oktyabr 2018-ci ildə peyk görüntüləri ilə Uhanın Tianyou Xəstəxanasındakı dayanacaqda 171 nəqliyyat vasitəsi olub, bir il sonra bu say 67 faiz artaraq 285-ə çatıb.

2018-ci illə müqayisədə, Uhandakı digər dörd xəstəxanada nəqliyyatın hərəkətinin 2019-cu ilin payızında 90 faiz artdığı müşahidə edilib.

Çin rəsmiləri Uhanda tənəffüs yollarına təsir edən yeni potologiyanın yayıldığı barədə Ümumdünya Səhiyyə Təşkilatına rəsmi olaraq dekabrın 31-də məlumat veriblər.

 

DiasporPress.az