Ölkə

Ucarda Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım paylanıldı – DEPUTAT AKSİYANI DAVAM ETDİRİR

Ucarda Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım paylanıldı – DEPUTAT AKSİYANI DAVAM ETDİRİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DiasporPress.az xəbər verir ki, millət vəkili Ramil Həsən bir neçə gün öncə “RAMAZANDA BAYRAMLAŞAQ” adlı xeyriyyə aksiyasına start vermişdi. Artıq aksiya çərçivəsində onlarla aztəminatlı ailə yardımla təmin edilib. Bu barədə deputat özü paylaşım edib və aksiyaya qoşulanlara təşəkkür edib:
“Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq, Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının təşkilatçılığı və xeyirsevər insanların yaxından dəstəyi ilə Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan ailələrə zəruri ərzaq məhsullarından ibarət sovqatların verilməsi uğurla davam edir. Bu xeyirxah layihəni davam etdirmək üçün könüllü qoşularaq, töhvəsini vermək istəyən Ucarlı, o cümlədən, digər şəhər və rayonlardan olan mərhəmətli insanları yanımızda görmək çox xoş olardı.
Bizimlə əlaqə:
055-211-37-97
050-367-98-67

#BİZBİRLİKDƏGÜCLÜYÜK