“Twitter” 32 mindən çox hesabı sildi

“Twitter” 32 mindən çox hesabı sildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter” mikrobloq servisinin administrasiyası Rusiya, Çin və Türkiyədən olan istifadəçilərlə əlaqəli 32 mindən çox hesabı bloklayıb.

TASS xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi saytında yayılan bəyanatda qeyd olunub.

Bildirilir ki, 32 242 hesab bağlanıb, onların yayımladığı bütün materiallar silinib.

“Twitter”in məlumatında qeyd olunur ki, bloklanan hesablar üç ölkənin hökumət orqanları ilə əlaqəli olub və onların sahibləri “məlumat əməliyyatları”nda iştirak ediblər.

Sosial şəbəkənin rəhbərliyi hesab edir ki, bununla da hesab sahibləri qaydaları pozublar.

 

DiasporPress.az