Dünya

Türkiyəyə müalicəyə getmək istəyənlərin nəzərinə: Qadağalar ləğv olundu

Türkiyəyə müalicəyə getmək istəyənlərin nəzərinə: Qadağalar ləğv olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hökuməti COVID-19 virusu ilə əlaqədar ölkəyə müalicə almağa gələn xarici ölkə vətəndaşlarına qoyulan qadağanı aradan qaldırıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə göstəriş Türkiyənin Səhiyyə Xidmətləri üzrə Baş Direktoru Əhməd Tekinin imzaladığı sənədddə öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, beynəlxalq səhiyyə turizmi çərçivəsində ölkəyə gələn xəstə və xəstə yaxınlarının Türkiyə ərazisinə daxil olmağına qoyulan qadağa ləğv edilir.

Qadağanın aradan qaldırıldığı ölkələrin sırasında Azərbaycanın da adı qeyd olunub.

Azərbaycandan başqa İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Əlcəzair, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.

 

DiasporPress.az