Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölənlərin sayında artım olub.
DiasporPress.az xəbər verir ki, dəhşətli xəstəlikdən vəfat edənlərin sayı yeddi nəfər də artaraq 44-ə çatıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsindən açıqlama verib.
Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb.
DiasporPress.az