Türkiyənin Antalya şəhərində uşaq silahla azyaşlı dostunu öldürüb.
Haberler.com məlumat verir ki, Kaş rayonunda on üç yaşlı R.Ç. birlikdə oynadığı on yaşlı Əhməd Öztürkü öldürüb.
Belə ki, oyun əsnasında R.Ç. atasının maşınının baqaj hissəsindən tüfəng götürüb. Bu zaman açılan güllə on yaşlı Ə.Öztürkə dəyib və o, ölüb. Təşvişə düşən R.Ç. tüfəngi su kanalına atıb.
Hadisə yerinə gələn tibb işçiləri Ə.Öztürkün meyitini ekspertiza üçün morqa aparıb.
R.Ç. saxlanılıb. Kanala atılan tüfəng çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.