Ölkə

“TuranBank”dan yüz min manatlıq dəstək

Azərbaycanda fəaliyyət göstərən ilk kommersiya banklarından olan TuranBank ASC sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

“TuranBank”dan yüz min manatlıq dəstəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən ilk kommersiya banklarından olan TuranBank ASC sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

DiasporPress.az xəbər verir ki, bu məqsədlə, TuranBank ölkə başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində vəsait köçürüb.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən bank bütün vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

 

DiasporPress.az