ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə qələbə qazanacağı təqdirdə Rusiyaya qarşı sərt siyasət həyata keçirmək niyyətindədir.
Bu barədə TASS məlumat yayıb.
C.Bayden bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onu ABŞ-ın rəhbəri postunda görmək istəmir.
“Mənlə Putin arasında vitse-prezident olduğum dövrdə birbaşa və açıq söhbətlər olub. Görünür, səbəblərdən biri də budur”, – deyə C.Bayden vurğulayıb.
DiasporPress.az