ABŞ Prezidenti Donald Tramp hesab edir ki, yaxın zamanda ölkənin 29 ştatı koronavirus səbəbindən tətbiq edilən məhdudiyyətləri qaldıra biləcək.
“Gazeta.ru” xəbər verir ki, daha əvvəl dövlət başçısı ölkədə karantin rejiminin mərhələli şəkildə qaldırılmasına dair plan təqdim etmişdi.
“Vəziyyət get-gedə yaxşılaşır. Nyu-York və Nyu-Cersi çətin zamanlar yaşayır, lakin orada da vəziyyət düzələcək. Həmin ştatlarda məhdudiyyətlər daha sonra qaldırılacaq”, – deyə Tramp əlavə edib.
DiasporPress.az