TIR-da 63-ü uşaq olmaqla, 221 nəfər insan aşkarlandı.
RT-nin məlumatına görə, kadrlar Şimali Makedoniyanın Yunanıstanla sərhədində qeydə alınıb.
Saxlanılanların əksəriyyəti Banqladeş və Pakistan vətəndaşlarıdır.
Yük maşınının 27 yaşlı sürücüsü saxlanılıb.
Miqrantlar tranzit mərkəzinə göndərilib. Onları deportasiya gözləyir.