Teymur Rəcəbov 180 min dollarlıq yarışda mübarizəyə başlayır – FOTO

Teymur Rəcəbov 180 min dollarlıq yarışda mübarizəyə başlayır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mükafat fondu 180 min dollar olan Millətlər Kuboku adlı onlayn şahmat turniri start götürür.

DiasporPress.az-ın xəbərinə görə, bu yarışda Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək.

O, “Dünyanın Qalan Hissəsi” (Rest of the World) adı altında çıxış edən yığmada bir nömrəli şahmatçı kimi mübarizə aparacaq. Bu komandanın ilk rəqibi Çin yığması olacaq.

“Dünyanın Qalan Hissəsi”nin kapitanı olan FIDE-nin rusiyalı prezidenti Arkadi Dvorkoviçin Teymur Rəcəbovu ilk turda birinci lövhəyə qoyacağı gözlənilir. Böyük ehtimalla, Teymurun rəqibi Dinq Liren olacaq.

Digər cütlüklərdə Avropa yığması ilə Rusiya, Hindistanla ABŞ qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yarış 10 turdan ibarət olacaq. Komandalar bir-biri ilə iki dəfə qarşılaşacaq. Mayın 10-da ən çox xal toplamış ilk iki komanda “Superfinal”da üz-üzə gələrək qalibi müəyyənləşdirəcək. Partiyaların müddəti 25 dəqiqə olacaq və hər gedişə görə vaxta 10 saniyə əlavə olunacaq.

 

DiasporPress.az