Təbriz şəhərinin meri İrəc Şəhin Bahər koronavirusa yoluxub.
İRNA agentliyi xəbər verir ki, bunu mer özü açıqlayıb. Mer deyib ki, özündə şübhəli əlamətlər hiss etdikdən sonra koronavirus tessi verib. Nəticə pozitiv çıxıb.
Hazırda İrəc Şəhin Bahər həkimlərin nəzarəti altında ev rejimində karantindədir.
DiasporPress.az