“Hazırda xüsusi həkim qruplarımız bütün xəstəxanalara baxış keçirir”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, ayrı-ayrı xəstəxanalara aid xəbər vermək düzgün deyil:
“Xəstəxanaların bağlanılması barədə xəbər düzgün deyil. Bu, hər hansı xəstəxanada dezinfeksiya işlərinin aparılması ilə bağlı ola bilər.
Xəstəxanalara daim xəstələr gəlir və mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır”.
DiasporPress.az