Amerikalı aktyor Arnold Şvartsenegger Rusiyada fəaliyyət göstərən “Promobot” robot şirkətini 10 milyon dollar təzminat tələbi ilə məhkəməyə verib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Aktyor şirkəti onun simasında robot hazırlamaqda günahlandırıb.
Qeyd edək ki, “Promobot” bir çox məşhurun simasına sahib robotlar istehsal edir. Sözügedən ağıllı robotlar sahiblərinin gündəlik ev işlərini yerinə yetirir.