Bakıda mənzildən məişət əşyaları oğurlanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı Şuşa şəhərciyində baş verib.
Hadisə zamanı həmin şəhərciyin sakini İlqar Babayevə məxsus mənzildən dəyəri 1 600 manat olan televizor, məişət əşyaları və üç qol saatı oğurlanıb.
Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az