Ölkə

Suares: “La Liqa”nı udmaq artıq, demək olar ki, mümkün deyil”

Suares: “La Liqa”nı udmaq artıq, demək olar ki, mümkün deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın hücumçusu Luis Suares İspaniya çempionatında qalib gəlməyib artıq mümkün görünmədiyini etiraf edib.

Bu barədə Sport.es yazıb.

Sona iki tur qalmış “Barsa” Madrid “Real”ından 4 xal geri qalır. Əgər növbəti turda “kral klubu” “Vilyareal” üzərində qələbə qazanarsa, çempion olacaq.

“Əgər düzünü desək, La Liqanı udmaq artıq, demək olar ki, mümkün deyil. “Sevilya”ya qarşı oyunun həyatı çətinləşdirdiyi aydındır. Bizim “Real”ı keçmək şanslarımız oldu, ancaq “Selta” ilə qarşılaşma (2:2) əhəmiyyətli rol oynadı”, – deyə L.Suares bildirib.