Rusiyanın paytaxtı Moskva şəhərində yaşlı kişi İosif Stalinin portretini binanın girişindəki divardan asan zaman ölüb.
KP xəbər verir ki, 64 yaşlı kişi divara portreti mismarla bərkitmək istəyərkən müvazinətini itirərək yıxılıb. O, ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlər bir neçə həftə ərzində mübarizə aparsalar da, həmin şəxsin həyatını xilas edə bilməyiblər.
Ölümündən əvvəl Moskva sakini başına gələnləri bacısına danışmağa macal tapıb və nəticədə, bacısı polisə bununla bağlı məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az