“Deputat həmkarlarım və mən dəfələrlə təmsil etdiyimiz rayonların su problemini qaldırmışıq. Qənirə Paşayeva, Ramil Həsən, Jalə Əliyeva təmsil olunduqları rayonların suvarma problemindən danışıblar”.
DiasporPress.az xəbər veiri ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında millət vəkili Səməd Seyidov deyib:
“Mənim təmsil etdiyim Qazax rayonununda da bu problem var. Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır. Aidiyyəti qurumları bu məsələni həll etməyə çağırıram. Artıq “Azərsu”ya müraciət etmişik”.
Spiker Sahibə Qafarova isə su məsələsinin bütün rayonların problemi olduğunu diqqətə çatdırıb.
“Mənim təmsil etdiyim Şəmkir rayonunda da su problemi var. Bununla bağlı işlər görəcəyik”.
DiasporPress.az