“Son 20 gün ərzində respublika ərazisində 67 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, aprelin 1-dən bu günə qədər qeydə alınan qəzalarda 27 nəfər ölüb, 76 nəfər isə yaralanıb:
“Bu hadisələrin 10-u Bakı şəhəri ərazisində baş verib. Nəticədə dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Respublikanın müxtəlif rayonlarında qeydə alınan qəzaların sayı 40-a çatıb. Bu qəzalarda 15 nəfər həyatını itirib, 55 nəfər isə yaralanıb.
Daha 16 yol-nəqliyyat hadisəsi isə respublikanın rayonlararası yollarında qeydə alınıb. Bu qəzalarda yeddi nəfər ölüb, 13 nəfər yaralanıb.
Naxçıvanda isə bir nəfərin ölümü ilə nəticələnən bir yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
DiasporPress.az