Milli Məclisin iclasında deputat Siyavuş Novruzov prosedur qaydalarını pozan məhkəmə hakimlərinin cəzalandırılmasını təklif edib.
DiasporPress.az-ın xəbərinə görə, S.Novruzov “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib ki, müəyyən məsələlərdə dünya və Avropa təcrübəsinə baxılmalıdır:
“Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə, Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın ödədiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakimin maaşından tutulmalıdır. Yəni, prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir”.
Deputat onu da təklif edib ki, həmin hakimlərə qarşı cəza tədbirləri həmkarlarına dərs olar.
DiasporPress.az