Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin liderlərinin virtual formatda sammiti başlayıb.
DiasporPress.az xəbərinə görə, bu barədə Aİ Şurasının Prezidentinin sözçüsü Barend Leyts “Twitter”də bildirib.
Virtual formatda keçirilən sammitə bloka üzv 27 ölkənin dövlət və hökumət başçıları, həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçıları qatılıb.
Görüşə sədrliyi Aİ Şurasının Prezidenti Şarl Mişel edir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell də virtual konfransda iştirak edir.
DiasporPress.az