Şəmkirdə sükan arxasında miokard infarktı keçirən sürücü maşını ağaca çırpıb.
APA-nı verdiyi xəbərə görə, hadisə bu gün baş verib.
Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında miokard infarkt keçirib. Nəticədə, avtomobil ağaca çırpılıb.
Sürücünün ürəktutmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az