Ölkə

Şəhidlərimizə görə telekanallar musiqili və əyləncəli verilişləri yayımdan çıxardı – MTRŞ

Şəhidlərimizə görə telekanallar musiqili və əyləncəli verilişləri yayımdan çıxardı – MTRŞbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mili Televiziya və Radio Şurası (MTRŞ) bəyanat yayıb.

Qurumdan verilən məlumata görə, teleradio yayımçıları öz proqramlarında dəyişiklik edib:

“İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub, bir neçə hərbçisi isə yaralanıb. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilib.

Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib, yayımdan musiqili və əyləncəli verilişləri çıxarıblar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq, bəzi kanallarda bu proses növbəti gün həyata keçirilib.

Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.

Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!”.