Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu gün parlamentin Dövlət quruculuğu və inzibati qanunvericilik, həmçinin Sosial və iqtisadi qanunvericilik şöbələrinin müdirləri ilə iclas keçirəcək.
Bu barədə parlamentdəki mənbə məlumat verib.
İclasda S.Mirzəyev parlamentin şöbə müdirlərini Milli Məclis rəhbərliyinə təqdim edəcək.
Dövlət quruculuğu və inzibati qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, Sosial və iqtisadi qanunvericilik şöbəsinin müdiri isə Məhəmməd Bazıqovdur.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə islahatlar aparıb. Onun sərəncamı ilə Milli Məclis aparatının bir neçə şöbəsi ləğv edilib, bəziləri isə birləşdirilib.
DiasporPress.az