Milli Məclisə 9 fevralda keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 77 721 yerli müşahidəçi qeydiyyatdan keçib.
DiasporPress.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
MSK sədri bildirib ki, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
O deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1129 səlahiyyətli nümayəndə qeydə alınıb.
M.Pənahov qeyd edib ki, seçkilərdə 7603 məşvərətçi səs hüquqlu komissiya üzvü və 2085 vəkil var.
DiasporPress.az