Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb.
Rusiya mediası paytaxtda artıq xəstəxanaların koronavirusa yoluxan xəstələri say çoxluğuna görə qəbul edə bilmədiyini yazır.
Rusiya Azərbaycanlı Gəncləri Təşkilatının İdarə Heyətinin üzvü, Rusiyada çalışan azərbaycanlı həkim Samir Əliyev açıqlamasında koronavirus pandemiyası səbəbindən Rusiyada vəziyyətin getdikcə pisləşdiyini bildirib:
“Koronavirus epidemiyasına yoluxanların sayı günbəgün artır. Rusiya hökuməti millətindən asılı olmayaraq xəstəxanalara düşən xəstələrin hamısına əlindən gələn köməyi göstərir. Hazırda ölü sayı 118 nəfərdir. Aprelin 13-dən başlayaraq Rusiya sərt şəkildə küçəyə çıxmaq məhdudiyyəti qoyub”.
Azərbaycanlı həkimin sözlərinə görə, virusa yoluxanlar arasında azərbaycanlılar da var:
“Rusiyada yaşayan azərbaycanlılar da koronavirusa yoluxub. Dünən Rusiya vətəndaşı olan bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib”. (modern.az)
DiasporPress.az