Ölkə

Şamaxıda bədbəxt hadisə: Ölən var

Şamaxıda bədbəxt hadisə: Ölən varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı rayonunda bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində baş verən bədbəxt hadisə ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində iki nəfər xəsarət alıb:

“Onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən vəfat edib. Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, qaldırıcı kranın aşması nəticəsində 1995-ci il təvəllüdlü Surət Heybətov və 1983-cü il təvəllüdlü Zaur İsgəndərov xəsarət alıb. Onlardan biri həyatını itirib.

 

DiasporPress.az