Sahibə Qafarova: “Paşinyan ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”

Sahibə Qafarova: “Paşinyan ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb”.

DiasporPress.az-ın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker xatırladıb ki, ölkə başçısı dünənki sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üçün danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb:

“Buna görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir”.

S.Qafarova deyib ki, Prezidentin çıxışında digər diqqətçəkən məqam isə ölkə başçsıının növbəti dəfə Ermənistanın baş nazirini ifşa etməsidir:

“Möhtərəm Prezident Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhtlərini açıq mətnlə ifşa edərək dedi ki, son günlər Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, Ermənsitan danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səslədnirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”.

 

DiasporPress.az