Türkiyənin əfsanəvi müğənnisi Sezen Aksunun sağlamlığında ciddi problemlər yaranıb.
DiasporPress.az xəbər verir ki, 2014-cü ildə bağırsaq iltihabından əməliyyat olunan sənətçinin altı ildən sonra vəziyyəti yenidən ağırlaşıb.
Yoğun bağırsağın iltihabından əziyyət çəkən məşhur sənətçi deyib: “Kolit səbəbi ilə səhhətimdə problemim var. Çətinlik çəkirəm”.
S.Aksunun bu açıqlaması sevənlərini kədərləndirib.
Onun yenidən əməliyyat olunacağı haqqında məlumatlar yayılıb.