Forumun keçirilməsinin məqsədi insanların, xüsusilə də gənclərin zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdi. Forumda aidiyyəti üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçirildi.
Forumda “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi / çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” panellərində peşəkar mütəxəssislərin iştirakı ilə müzakirələr baş tutacaqdır.
Növbəti aylarda da bu istiqamətə digər regional forumların keçirilməsi planlaşdırılmışdır.