“Barselona”nın sabiq prezidenti Joan Laporta yenidən kluba rəhbərlik etmək istəyir.
Bu barədə “Goal” yazır.
O hesab edir ki, komandaya düşdüyü maliyyə çətinliklərini dəf etməyə, həmçinin klubun daxili münaqişələrini həll etməyə kömək edəcək. Laporta 2021-ci ildə prezident seçkilərində namizədliyini təqdim edəcəyini artıq təsdiqləyib.
“Vəziyyət məni narahat edir. Güvəndiyim insanları bir yerə yığıram. Çünki biz iqtisadi vəziyyəti necə dəyişəcəyimiz barədə düşünməliyik”, – deyə sabiq prezident bildirib.
Xatırladaq ki, Laporta 2003-2010-cu illər arasında “Barselona”nın prezidenti olub.
DiasporPress.az