Rusiyanın ilk Yanacaq və Energetika naziri Vladimir Lopuxin koronavirus infeksiyasından vəfat edib.
TASS xəbər verir ki, bu barədə onun dostu, yazıçı Denis Draqunski “Facebook” hesabında məlumat verib.
“Bu gün mənim köhnə və sadiq dostum, mənəvi dünyamda, tərcümeyi-halımda ciddi dəyişikliyə səbəb olmuş 69 yaşlı Vladimir Lopuxin koronavirus infeksiyasından vəfat edib. Əziz Volodya, məkanın cənnət olsun”, – D.Draqunski sosial şəbəkə hesabında yazıb.
DiasporPress.az