Rusiyalı iş adamı məşhur rəsm əsərini 120 milyon dollara aldı

Rusiyalı iş adamı məşhur rəsm əsərini 120 milyon dollara aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı iş adamı Roman Abramoviç norveçli rəssam Edvard Munkun “Haray” əsərini 120 milyon dollara əldə edib.

Lenta.ru xəbər verir ki, alqı-satqı “Sotheby’s” hərrac evində baş tutub.

Qeyd olunur ki, Abramoviç əsərin mövcud dörd variantından birini alıb. Bu, şəxsi kolleksiyada saxlanan yeganə nüsxədir.

“Haray” Edvard Munkun 1893-1910-cu illərdə yaratdığı rəsm əsərləri seriyasıdır. Əsərdə qırmızı rəngli səma fonunda haray çəkən insan əks olunub.

 

DiasporPress.az