Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatla bağlı Rusiyadakı səfirliyimizə bu ölkədə yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.
AZƏRTAC xəbər verir ki, müraciətlərdə soydaşlarımız son hadisələrlə əlaqədar ciddi narahatlıqlarını ifadə edir, Azərbaycan Ordusunun sıralarına yazılmaq üçün səfirlikdən kömək və dəstəy göstərilməsini xahiş edirlər.
Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmyerlilərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək, hazırda Orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyac olmadığı bildirilir. Vurğulanır ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli Ordumuz Ali Baş Komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
DiasporPress.az