Ötən sutka ərzində Rusiyada koronavirusdan 95 nəfər həyatını itirib.
TASS bu barədə ölkənin koronavirusa qarşı operativ qərargahının məlumatına istinadla xəbər yayıb.
Bildirilir ki, infeksiyadan ümumilikdə 8 206 nəfər ölüb. Rusiya üzrə ölənlər koronavirus testi müsbət çıxanların 1,39 faizini təşkil edir.
Sutka ərzində Sankt-Peterburqda 29, Moskvada 20, Kamçatka vilayətində altı, Dağıstanda, Nijni Novqorod vilayətində və Primorsk diyarında isə hər bölgədə üç nəfərin öldüyü bildirilir.
Son bir gündə virusa 7 600 nəfər yoluxub, yoluxanların ümumi sayı 592 280 nəfərdir.
DiasporPress.az