Rusiyada koronavirusdan ilk ölüm hadisəsi baş verib.
TASS xəbər verir ki, koronavirusa yoluxmuş 79 yaşlı qadın Moskvada müalicə olunduğu xəstəxanada həyatını itirib.
Martın 13-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən qadın bir gün sonra qohumlarının istəyi ilə özəl xəstəxanaya köçürülüb.
Virus aşkar edildikdən sonra onu Moskvada yerləşən 2 №-li Yoluxucu xəstəliklər xəstəxanasına aparıblar.
Mərhumun yanaşı xroniki xəstəliklərinin olduğu bildirilir.
DiasporPress.az