Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Ermənistanda dörd əlavə post yaradıb.
Diasporpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov məlumat verib.
FTX direktorunun sözlərinə görə, iki post Ermənistanla Naxçıvan sərhədində, daha ikisi isə Ermənistan-İran sərhədində yerləşdirilib.
“Lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Biz Azərbaycan sərhədçiləri ilə əlaqə yaratdıq, zəruri münasibətlər qurduq. İnformasiya mübadiləsi edirik”, – deyə A.Bortnikov bildirib.
Diasporpress.az