“ABŞ-ın yeni tip koronavirus mövzusunda Çini ittiham edərək sanksiya hazırlıqlarına başlaması düzgün deyil”.
RBK-nın məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Virusun mənbəsinin Çin olduğunu və buna görə də ölkəyə sanksiya tətbiq edilməli olduğunu düşünmək olmaz”, – deyə S.Lavrov bildirib.
Çinin Uhanda başlayan epidemiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 2019-cu ilin dekabrında məlumat verdiyini xatırladan S.Lavrov rəsmi Pekinin epidemiya ilə bağlı məlumatları gizlətməyə çalışdığını söyləməyin də düzgün olmadığını vurğulayıb.
DiasporPress.az