Müğənni Roza Zərgərli əməliyyat olunacaq.
DiasporPress.az xəbər verir ki, sənətçi ayağındakı problemə görə bıçaq altına yatacaq.
Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək:
“Uzun müddətdir ayağımda problem var. Bu ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək. Ümid edirəm ki, yaxşı keçəcək.
Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım”.
DiasporPress.az