Həkim-rezidentlərin dövri attestasiya imtahanı təxirə salınıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin aparılması ilə əlaqədar analıq məzuniyyətindən qayıdan, dövri attestasiyaya gəlməyən və qeyri-kafi qiymət alan həkim-rezidentlər üçün martın 18-nə planlaşdırılan dövri attestasiya imtahanı təxirə salınır.
Dövri attestasiya imtahanının yeni tarixi barədə əlavə məlumat veriləcək.
DiasporPress.az