Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış “Rəqqasə Renka karantin qaydalarını pozdu” sərlövhəli videogörüntülərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yerləşən restoranlardan birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü mərasimi təşkil edilib:
“Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə şou-biznesdə Renka kimi tanınan rəqqasə Rəna Ağamuradovanın karantin qaydalarını pozduğuna dair görüntüləri yayılıb.
DiasporPress.az