Ölkə

Ramin Hacılının növbəti “özünütəklif aksiyası”: Bu dəfə kimə və neçəyə?

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanda bır sıra şəxslərin özlərini yenidən gündəmə sırımağa cəhd göstərmələrinə şərait yaradıb.

Ramin Hacılının növbəti “özünütəklif aksiyası”: Bu dəfə kimə və neçəyə?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanda bır sıra şəxslərin özlərini yenidən gündəmə sırımağa cəhd göstərmələrinə şərait yaradıb. Təsəvvür edin ki, vaxtilə adları nə müxtəlif qalmaqallarda, hətta ciddi qanun pozuntlarında, cinayətlərdə hallanan bəzi adamlar indi ortaya çıxaraq, xalqa ağıl öyrətməyə qalxıblar.

Bu günlərdə sosial şəbəkələrdə Ramin Hacılının Milli Məclisin spikeri Oqtay Əsədovu guya “ifşa edən” bir videomaterialı yayımlanıb. Adam həmin videosunda parlamentin 3 çağırış tərkibinə rəhbərlik edən, Milli Məclisdə çox məhsuldar və işgüzar ortam yaradan spikeri ən müxtəlif məsələlərdə ittiham etməkdən çəkinməyib.

Əlində telefon Tennis Akademiyasının binasını dəfələrlə dövrə vuraraq, Oqtay Əsədov haqqında “fakt”ları təkrar-təkrar sadalayan bu “ictimai fəal” ölkədə tennisin, hətta digər idman növlərinin inkişaf etməməsinin səbəbini spikerlə əlaqələndirmək üçün dəridən-qabıqdan çıxdı.

Təbii ki, ölkədə seçki kampaniyası davam etdiyi üçün o, parlament sədrini “seçki prosesinə müdaxilə” etməkdə suçlamaqdan da qalmadı. Guya deputatlığa namizəd olan Oqtay Əsədov rəqiblərini, ilk növbədə də jurnalist namizədləri sıradan çıxarmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) təzyiq edib. Hacılı bu iftiralarını elə təəssübkeşliklə dilə gətirir ki, kənardan baxan bu adamın “demokratiya fədaisi” olduğuna inanmaq istəyir.

Amma bu, mümkün deyil. Niyə? Cavab çox sadədir. Ümumiyyətlə, öz fəaliyyəti, keçmişi qara cizgilərlə zəngin olan birisinin başqa şəxslər barəsində səsləndirdiyi ittihamlar – haqlı-haqsız olmasının fərqi yoxdur – heç vaxt ciddi qarşılanmır. Sən özün təmiz deyilsənsə, işində-əməlində xeyli qaranlıq məqamlar varsa, qanun pozuntusuna yol verdiyin üçün həbs olunubsansa, başqalarını necə ittiham edə bilərsən?

Doğruluqdan danışan Ramin Hacılının külli miqdarda pul qalmaqalına düşməyi, “mühacir biznesi”ndə əlinin olması, bu əməllərinə görə alacağı cəzadan yayınmaq üçün ölkəni qanunsuz tərk etmək cəhdi zamanı yaxalanaraq içəri salınması, daha sonra isə hakimiyyətin humanizmi nəticəsində azadlığa buraxıldığını kim bilmir ki? Bütün bunlar hər kəsin yadındadır. Olub-keçənləri unudan deyəsən, elə Ramin Hacılının özüdür.

Yeri gəlmişkən, dələduzluqda ad çıxarmış bu adam 9 fevral seçkilərindən də karlı çıxmaq üçün fərqli formada prosesə qatılıb. Təsəvvür edin ki, Hacılı erkən seçkilərdə namizədliyini irəli sürmüş yanında “lövbər salmadığı” siyasətçi qalmayan Ağasif Şakiroğlunun təbliğatçısına çevrilib. Belə yerdə deyirlər ki, “su axar, çuxurunu tapar”.
Bəli, bioqrafiyası neqativlərlə bu qədər zəngin olan adam əslində, susmalıdır. Ancaq Ramin Hacılı yenə danışır. Bu dannışmağının tək səbəbi isə özünütəklifdir. Kimə? Neçəyə?
Qiymətini özü bilir…