Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalı rədd edilib.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, 2019-cu ildə Komitəyə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılıb.
Baxış zamanı kitablar arasında dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.
DiasporPress.az