Ölkə

Qubadlıdakı məsciddən yeni – FOTOLAR

Qubadlıdakı məsciddən yeni – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti (Reza Deghati) oktyabrın 25-də erməni işğalından azad edilən Qubadlı rayonuna səfər edib.

Öz instaqram hesabında rayonun Məmər kəndindəki 18-ci əsrə aid məsciddən fotolar paylaşıb. O, “Donuz tövləsinə döndərilmiş məscid” başlığı ilə paylaşdığı fotolara bu şərhi verib: “Azərbaycan dünyəvi ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər, zərdüştilər və bir çox başqa dinlər və inanclar sülh içində yaşayır. Azərbaycan qadınları Fransadan 20 ildən çox əvvəl səsvermə hüququ qazanıblar. Mən bu enerjini ölkə üzrə səyahət edərkən dəfələrlə müşahidə etmişəm.

Mən məscidə girdim, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxu ağır idi. Mən heyvanlara su verilən iki kasa gördüm. Əsgərlər mənə dedilər ki, onlar məscidi açanda ora donuzlarla dolu idi. Bu dini məkan uzun illər erməni işğalçıları tərəfindən donuzxana kimi istifadə edilib.

Müharibə və işğal şəraitində insanlar çox vaxt hörmət və ləyaqət hissini itirirlər. Ümid edək ki, sülh yarananda Qarabağ mənim dünyəvi Azərbaycan ətrafında hiss etdiyim eyni ab-hava ilə yaşayacaq”.

Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Qubadlıdakı məsciddən yeni - FOTOLAR
Qubadlıdakı məsciddən yeni - FOTOLAR

Diasporpress.az