Qubada iki yük maşını toqquşdu: Ölən və yaralananlar var

Qubada iki yük maşını toqquşdu: Ölən və yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda iki yük maşını toqquşub.

Trend-in məlumatına görə, hadisə rayonun Susay kəndində baş verib.

Aydəmirov Samir Nadir oğlu idarə etdiyi “Tatra” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən arxa tərəfdə dayanan İmanov Səxavət Məmmədağa oğlunun idarə etdiyi “Tatra” markalı yük nəqliyyat vasitəsinə çırparaq aşırıb.

Hadisə nəticəsində S.Aydəmirov, digər sürücü S.İmanov, həmçinin, sərnişin Məmmədov İlkin Sədi oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İ.Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

 

DiasporPress.az