Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması barədə yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.
Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib.
Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.
DiasporPress.az