“Qarabağ” üç əcnəbi futbolçusu ilə yollarını ayırıb.
DiasporPress.az xəbər verir ki, bunlar braziliyalılar – Vaqner da Silva, Aylton Fereyra Silva və Mərakeş əsilli belçikalı Faysal Rerrasdır.
İlk iki futbolçu ilə müqavilənin müddəti başa çatıb.
Heyətə düşməkdə çətinlik çəkən sol cinah müdafiəçisi Faysal Rerrasla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onun yerinə başa çatan mövsümdə “Neftçi”də çıxış etmiş Haiti millisinin üzvü Donald Qeryenin “Qarabağ”a qayıdacağı gözlənilir.
Həmçinin “Qarabağ”ın Vaqner da Silvanın yerinə “Zirə” klubundan millimizin qapıçısı Emil Balayevlə anlaşdığı deyilir.