Türkiyənin Kahramanmaraş şəhərində keçmiş ərinin evində yeni əri tərəfindən tutulan qadın öldürülüb.
Sondakika.com xəbər verir ki, 24 yaşlı Eda Nur Şahin keçmiş əri, 30 yaşlı Fırat Gültekinin evinə gedib.
Qısa vaxtdan sonra qadının hazırkı 30 yaşlı əri Hüseyn Şahin də həmin evə gəlib. Bu zaman yaranmış mübahisə bıçaqlı davaya çevrilib. Nəticədə, qadın ölüb, kişilər isə ağır yaralanıb. Qadının cəsədi ekspertiza üçün morqa, kişilər isə xəstəxanaya aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qadını məhz kimin öldürdüyü araşdırmadan sonra məlum olacaq.
Eda Nur Şahinin keçmiş ərindən iki qızı, boşanma ərəfəsində olduğu ikinci ərindən isə bir oğlu olub.
O, keçmiş ərinin yanına gedəndə bir yaşlı oğlunu da özü ilə aparıb.
Diasporpress.az